Avropadan ŞOK ADDIM: Rusiyanı belə "cilovlayacaqlar"!

Avropa İttifaqı (Aİ) səlahiyyətliləri Rusiyanı cilovlamağa yönəlmiş genişmiqyaslı yenidən silahlanma planını nəzərdə tutan müdafiəyə dair Ağ Kitab layihəsi hazırlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Aİ-nin müdafiə komissarı Andrius Kubilius və Aİ-nin xarici işlər naziri Kaja Kallas tərəfindən hazırlanan sənəd müdafiə sahəsinə uzunmüddətli investisiya ehtiyacını vurğulayır. Mətndə Rusiyanın guya Aİ ölkələri üçün “ekzistensial təhlükə” yaratdığı iddia edilir.
Layihəyə əsasən, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyevlə birgə hərbi-sənaye kompleksinin (MİK) yaradılması, üçüncü ölkələrdən müdafiə alışının artırılması, hərbi yardımın artırılması nəzərdə tutulur.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin bəyanatı ilə bağlı bildirilib ki, Moskva Rusiya tərəfi ilə hər hansı danışıqlar prosesinə qadağa qoyan Kiyevdən fərqli olaraq, hərbi əməliyyatların həlli üçün dinc dialoqa həmişə hazırdır.
Dövlət başçısı onu da qeyd edib ki, Rusiya Avropa və ya NATO ilə döyüşmək, onların daxili işlərinə qarışmaq niyyətində deyil. Moskva Avropa ilə yaxşı münasibətlər qurmaq üçün əlindən gələni edib, lakin Qərb ukraynalı neonasistlərə mərc etmək qərarına gəlib və Moskvaya bu məsələdə uğur şansı qoymayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.