Rusiya son bir həftədə 29 yaşayış məntəqəsini azad edib

Dünya
14-03-2025 - 18:12
Nazirlikdən verilən açıqlamada martın 8-14-də Rusiya ordusunun Kursk vilayətində fəaliyyəti ilə bağlı məlumat verilib.
Ajans.az xəbər verir ki, Rusiya qüvvələrinin bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını artırdığı bildirilən açıqlamada “Suca da daxil olmaqla bölgədəki 29 yaşayış məntəqəsi azad edilib”- deyə bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Kursk vilayətində Ukrayna ordusunun nəzarətində olan ən böyük şəhər olan Sucanın geri alındığını bildirib.
Martın 12-də Rusiya prezidenti Vladimir Putin hərbi geyimdə Kursk vilayətindəki komanda mərkəzinə baş çəkib və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovdan bölgədəki vəziyyətlə bağlı məlumat alıb.
Cavidan Mirzəzadə
Vəzifəsi:
Mövzular:
Oxşar xəbərlər
Dekabrdan etibarən nağd ödəniş artıq mağazalarda qəbul edilməyəcək - Rusiyada
Dünya10:39 / 29-11-24