Kimin qalib gəlməsindən asılı olmayaraq andiçmə mərasimində Bayden də iştirak edəcək
Bayden seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq andiçmə mərasimində iştirak edəcək.
Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Cin Piyer gündəlik mətbuat brifinqində noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamalar verib.
Baydenin hakimiyyətin sülh yolu ilə ötürülməsinə inandığını ifadə edən Cin Piyer “And mərasimində iştirak etmək, orada olmaq, müntəzəm olaraq görülən işlər tarixi bir prosesin bir parçasıdır. O, bu prosesdə mütləq iştirak edəcək”, - deyə, bildirib.