Hesablama Palatası Turizm Agentliyində yoxlamalara başladı

Hesablama Palatası Turizm Agentliyində yoxlamalara
Hesablama Palatası
Cəmiyyət 14-03-2025 - 17:38
 114

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

Ajans.az apa-ya istinadən xəbər verir ki, artıq bir müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

PAYLAŞ: