Tramp administrasiyasından Bakı və İrəvana ÇAĞIRIŞ

Tramp administrasiyasından Bakı və İrəvana
Tramp
Dünya 14-03-2025 - 17:06

Donald Tramp administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.

Dövlət katibi İrəvan və Bakını sənədi tezliklə imzalamağa çağırıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.

Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.

PAYLAŞ: