Azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb

Azad olunmuş 8 şəhərin baş planı
baş plan
Cəmiyyət 14-03-2025 - 17:34

Artıq işğaldan azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb.

Ajans.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"90 kəndin planlaşdırılması başa çatıb. Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır.

O cümlədən, 3 min keçmiş məcburi köçkün ailəsi və digər insanlar - tələbələr həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər", - o qeyd edib.

PAYLAŞ: