Fransa və Polşa Ukraynaya 40 min əsgər göndərəcək

Fransa və Polşa Ukraynaya
Polşa, Fransa
Siyasət 12-12-2024 - 10:38

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin həlli üçün Kiyev qarşısında əlverişsiz şərtlər qoya biləcəyindən ehtiyatlanan Avropa Ukraynada sülh yolu ilə nizamlanma planlarını fəal şəkildə nəzərdən keçirir.

Ajans.az xəbər verir ki, bu baxımdan, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün atəşkəsdən sonra Qərb qoşunlarının yerləşdirilməsi məsələsi getdikcə daha çox gündəmə gətirilir.

Polşa və Fransa Parisdən Ukraynada hərbi əməliyyatlar bitdikdən sonra sülhməramlı missiyanın yerləşdirilməsi, Rusiyanın atəşkəsi və gələcəkdə müəyyən edilə biləcək sərhəd delimitasiyası xəttini pozmasının qarşısını almaq təklifini müzakirə edir.

Belə bir missiya üçün layihə üzərində çalışan Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Elie Tenenbaum sözügedən qəzetə bildirib ki, bu sülhməramlı kontingent beş briqadadan (təxminən 40 min əsgər) ibarət ola bilər.

Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk cümə axşamı görüşündə bu məsələni müzakirə edəcəklər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: