Temperatur 30 dərəcəyə yüksələcək

Temperatur 30 dərəcəyə
Temperatur
Cəmiyyət 14-03-2025 - 17:28

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Bildirilib ki, səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

PAYLAŞ: