Qusarda yüksək dağlıq ərazidə yanğın başladı

Hadisə
14-03-2025 - 16:24
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.
Əlavə məlumat veriləcək.