Avropa Tramp-Putin danışıqlarının nəticələrindən QORXUR

Avropa Tramp-Putin danışıqlarının nəticələrindən
Tramp Putin
Siyasət 14-02-2025 - 09:47

Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna sülh danışıqları zamanı Rusiya lideri Vladimir Putinə “çılğın” şeylər təmin edəcəyi ilə bağlı böyük qorxu var.

Ajans.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb. 

“Trampın yöndəmsiz danışıqlar aparan şəxs olması və Rusiyaya çılğın şeylər verəcəyi ilə bağlı böyük narahatlıqlar var. “Ümumi təəssürat ondan ibarətdir ki, amerikalılar prosesi dağıdıblar”, – deyə adının açıqlanmasını istəməyən avropalı diplomat Trampın Putinlə sövdələşməyə etibar edilə bilməyəcəyindən qorxan bir çox başqalarının narahatlığını təkrarlayıb.

Nəşrin qeyd etdiyi kimi, Qərb ABŞ-nin yeni mövqeyindən və ilk növbədə Trampın Ukraynanı NATO üzvlüyündən çıxarmaq, Amerika qoşunlarına sülhməramlı əməliyyatlarda iştirakını qadağan etmək və Kiyevin sərhədləri 1991-ci ildə olduğu vəziyyətə qaytarmaq məqsədini rədd etmək qərarından narahatdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: