Paşinyan Bakı və Ankaraya möhtac qaldı: Tək çıxış yolu var - ŞOK DETALLAR

Paşinyan Bakı və Ankaraya möhtac qaldı:
Siyasət 14-03-2025 - 18:24
 152

“Bəli, artıq sülhün yolu açılıb, çünki sülh müqaviləsinin mətni prinsipial olaraq razılaşdırılıb. O ki qaldı konkret Ermənistan hökumətinin niyə bu qərara gəlməsinə və Azərbaycanla razılaşmasına, bu, heç də elə belə spontan baş vermədi”.

Bunu Ajans.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, Ukrayna-Rusiya müharibəsinin bitməsi imkanları var, həmçinin ABŞ və Rusiyaya yaxınlaşması müşahidə edilir, bu, yeni geosiyasi vəziyyət yaradacaq:

“Ermənistanın güvəndiyi Qərb dünyası, yəni başda ABŞ olmaqla Avropa Birliyi, o cümlədən Fransa, Ermənistana heç bir təhlükəsizlik təminatı vermir və verəcək də deyil. Belə olduğu təqdirdə, Ermənistan yenidən Rusiyanın orbitinə qayıtmağı düşünməyə başlayıb. Lakin məsələnin burasında bir məqam var: artıq vəziyyət dəyişdiyi üçün, hətta Ermənistan hökuməti yenidən Rusiyanın orbitinə qayıtsa belə, Rusiya hakimiyyətinin Ermənistana etimadı olmayacaq. Yəni, bu etimad artıq itirilib. Buna görə də Nikol Paşinyanın güvənə biləcəyi, hər zaman dediyimiz kimi, yalnız Azərbaycan və qardaş Türkiyədir”.

Politoloqun sözlərinə görə, bu gün Türkiyə Ermənistan üçün çox vacib, olmazsa-olmaz bir ölkəyə çevrilib:

“Birincisi, Qərbə inteqrasiya Türkiyə üzərindən həyata keçiriləcək. İkincisi, yeni bazarlara, eyni zamanda maliyyə bazarlarına çıxış da yenə də Türkiyə üzərindəndir. İstər Avropa, istər Aralıq dənizi, Yaxın Şərqə yenə də Türkiyə üzərindən çıxılacaq. Bu baxımdan Türkiyə ilə sərhədləri açmağa ehtiyac var ki, bu da Azərbaycanla sülh müqaviləsindən asılıdır”.  

Natiq Miri qeyd edib ki, əgər Ermənistanın yeni Konstitusiya mətni inandırıcı olsa və Azərbaycan hakimiyyətini qane etsə, sülh sazişi üçün əngəl olmayacaq:

“Çünki digər məsələlər paralel şəkildə icra olunacaq məsələlərdir. Bu yöndə konkret irəliləyişlər var. Artıq hiss olunur ki, Ermənistan, Azərbaycanla Naxçıvan arasında dəmir yolu açmaq istəyir, çünki bu dəmir yolu vasitəsilə Rusiya ticarət yolları açılacaq. Gürcistanın Lars yolu ilə, yəni hər həftə bağlanan last yolu ilə ciddi çətinliklər yaşanacaq və dəmir yol vasitəsilə çox rahatlıqla kənd təsərrüfatı və digər məhsullar Rusiya və Avrasiya ölkələrinə göndərilə biləcək.

Başqa bir tərəfdən, Naxçıvan ərazisi ilə Ermənistan və Türkiyə arasında dəmir yolu bağlantıları açılacaq ki, bu da Ermənistana böyük imkanlar yaradacaq. Buna görə də Ermənistanın atmalı olduğu addımlar çox öncə atılmalı idi, amma hər halda gec də olsa doğru bir addım atıldı və düşünürəm ki, sülhün yolunu açan bir addımdır”.   

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: