İtaliyada təmir olunan tarixi məhkəmə binasının bir hissəsi uçub
İtaliyanın şimalındakı Bolzano şəhərində 1920-ci illərdə inşa edilmiş tarixi məhkəmə binasının bir hissəsi bərpa işləri zamanı çöküb.
Ajans.az xəbər verir ki,bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda təmir və genişləndirmə işləri aparılan binanın təxminən dörddə biri uçub.
Bolzano Məhkəməsinin sədri Françeska Bortolotti bildirib ki, hadisəyə təmir işlərinin aparıldığı hissədə yerləşən yükdaşıyan sütunlarla bağlı problem səbəb olub.
Hadisə zamanı binada təmizlik işləri aparan üç nəfər olub. Onlardan biri yüngül xəsarət alıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mövzular: