Reklam resmi
Reklam resmi

ABŞ Ebola səbəbindən ölkəyə giriş qaydalarını sərtləşdirdi

ABŞ Ebola səbəbindən ölkəyə giriş qaydalarını sərtləşdirdi
Dünya

ABŞ Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası ilə əlaqədar ölkəyə giriş qaydalarını sərtləşdirib.

Ajans.az xəbər verir ki, ABŞ-ın KDR-dəki səfirliyinin yaydığı məlumata görə, Konqoda olan ABŞ vətəndaşları və ABŞ-a səfər etməyi planlaşdıran şəxslər ölkəyə daxil olmamışdan əvvəl KDR-dən kənarda ən azı 21 gün gözləməlidirlər. Bu tələbi yerinə yetirməyən şəxslər ABŞ-a uçuşlara buraxılmayacaqlar.

Bəyanatda qeyd olunub ki, məhdudiyyətlər Konqonun müxtəlif bölgələrində Ebola virusunun yayılmasının davam etməsi ilə əlaqədar tətbiq edilib.

Rəsmi məlumatlara görə, mayın 15-də elan olunan epidemiya zamanı ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 2 011-ə, ölənlərin sayı isə 754-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırkı epidemiyanın indiyədək qeydə alınan ən sürətlə yayılan Ebola epidemiyalarından biri olduğunu bildirib. Təşkilatın məlumatına əsasən, yeni yoluxmaların təxminən 80 faizi əvvəllər müşahidə altında olmayan şəxslər arasında qeydə alınır. Bu isə virusun gizli yayılmasının davam etdiyini və real yoluxma sayının rəsmi statistikadan iki-dörd dəfə çox ola biləcəyini göstərir.

Səhiyyə orqanlarının məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir Bundibugyo ştammı ilə əlaqəlidir və bu variant üçün təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında qeydə alınıb. Virus sonrakı illərdə Afrikanın müxtəlif ölkələrində geniş yayılaraq minlərlə insanın ölümünə səbəb olub. 2014–2017-ci illərdə Qvineya, Liberiya və Sierra-Leonedə baş vermiş epidemiya zamanı 30 mindən çox insan virusa yoluxmuş, 11 mindən çoxu isə həyatını itirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ebola virus

Digər Xəbərlər