Reklam resmi
Reklam resmi

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Heç nə qalmayacaq

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Heç nə qalmayacaq
Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirilməsi ilə bağlı təhdidlərinə sərt reaksiya verib.

Ajans.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, SEPAH rəsmisi bildirib ki, ABŞ bu təhdidləri həyata keçirəcəyi təqdirdə, İran Silahlı Qüvvələri bölgədəki bütün Amerika hədəflərinə və hərbi infrastrukturuna zərbələr endirəcək.

"Əgər ABŞ prezidentinin İran İslam Respublikasının infrastrukturuna zərbə endirilməsi ilə bağlı təhdidləri həyata keçirilərsə, indiyədək İranın təmkini sayəsində toxunulmaz qalan bölgədəki bütün Amerika infrastrukturu İran Silahlı Qüvvələrinin güclü zərbələri ilə məhv ediləcək", – deyə bəyanatda bildirilir.

Açıqlamada həmçinin vurğulanır ki, Hörmüz boğazı İran üçün "qırmızı xətt" hesab olunur və Tehran ABŞ-ın bu bölgəyə nəzarət etmək cəhdlərini qəbul etməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın infrastrukturuna zərbələr endirilə biləcəyini istisna etməsə də, eyni zamanda tərəflər arasında əldə olunan razılaşmaya sadiq qaldığını bəyan etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ

Digər Xəbərlər