Haluk Levent SAXLANILDI- CİDDİ POZUNTULAR
Türkiyədə AHBAB Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Haluk Levent barəsində saxlanılma saxlanılma qərarı verilib.
Ajans.az xəbər verir ki, Türkiyədə AHBAP Dərnəyinə dair aparılan istintaq çərçivəsində sənətçi və dərnəyin təsisçisi Haluk Levent barəsində “Dərnəklər haqqında qanunun pozulması”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” və “cinayət təşkilatına üzvlük” maddələri üzrə araşdırma aparılır. Bu çərçivədə onun barəsində saxlanılma qərarı verilib və Bursa şəhərində saxlanılaraq İstanbula aparılıb.
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasına görə, istintaq zamanı AHBAP adına toplanan bağış vəsaitlərinin bir hissəsinin şübhəli şəxslərin hesablarına köçürüldüyü, müxtəlif maliyyə əməliyyatları həyata keçirildiyi və bununla bağlı çoxsaylı sənədin araşdırıldığı bildirilir. Rəsmi açıqlamada həmçinin daşınmaz əmlak əməliyyatları, mərc oyunları və milyonlarla lirəlik pul köçürmələri ilə bağlı iddiaların da istintaq predmetinə çevrildiyi qeyd olunub.
Sosial şəbəkələrdə yayılan paylaşımda da bu iddialarla bağlı müxtəlif sənədlər, bank köçürmələri və yazışmalar təqdim olunub. Lakin həmin paylaşımda yer alan məlumatların böyük hissəsi istintaq materialı kimi təqdim edilən və hələ məhkəmə tərəfindən təsdiqlənməmiş iddialardır.
Haluk Levent isə saxlanıldıqdan sonra etdiyi açıqlamada ittihamları qəbul etmədiyini bildirib. O, şəxsi borc-alacaq münasibətlərinin AHBAP-la əlaqəsinin olmadığını vurğulayaraq, “Şəxsi məsələlərimi AHBAP-la əlaqələndirməyin. Həqiqətlər zamanla üzə çıxacaq”, - deyə qeyd edib.
Hazırda istintaq davam edir və iş üzrə yekun hüquqi qiymət məhkəmə tərəfindən veriləcək.
Mövzular: