Reklam resmi
Reklam resmi

Mədəniyyət Nazirliyində dövlət protokolu üzrə peşəkar təlim keçirilib

Mədəniyyət Nazirliyində dövlət protokolu üzrə peşəkar təlim keçirilib
Cəmiyyət

"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası çərçivəsində insan kapitalının inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün "Dövlət Protokolu və Beynəlxalq Mədəni Əməkdaşlıq" mövzusunda peşəkar təlim keçirilib.

Ajans.az xəbər verir ki, Üç modul və 12 sessiyadan ibarət təlim proqramında dövlət protokolunun əsasları, diplomatik etiket, beynəlxalq tədbirlərin təşkili, mədəni diplomatiya, UNESCO ilə əməkdaşlıq və beynəlxalq protokolun praktiki tətbiqi ilə bağlı mövzular iştirakçılara təqdim edilib.

Təlim diplomat, ekspert Fikrət Paşayev tərəfindən keçirilib. Təlimin məqsədi Mədəniyyət Nazirliyinin əməkdaşlarının dövlət protokolu və beynəlxalq əməkdaşlıq sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq tədbirlərin təşkilində peşəkar yanaşmanın gücləndirilməsi olub.

Mövzular:
Mədəniyyət Nazirliyi peşəkar təlim Azərbaycan Mədəniyyəti – 2040

Digər Xəbərlər