Bu hava limanında faciə: 30 yaşlı kişi 10 metrdən yıxılıb reanimasiyaya düşdü
Rusiyanın Soçi şəhərində yerləşən beynəlxalq hava limanında 30 yaşlı kişi təxminən 10 metr hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
Ajans.az xəbər verir ki, bu barədə "ChP Sochi" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 13-də baş verib. Yıxılma nəticəsində kişi çoxsaylı sınıqlar və ağır kəllə-beyin travması alıb. O, reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu, hələ də huşuna gəlmədiyi bildirilir.
Zərərçəkənin yaxınlarının sözlərinə görə, o, hava limanına Rusiyanın digər şəhərinə uçmaq üçün gəlibmiş.
Qohumları iddia edirlər ki, onlara hadisənin müşahidə kameralarının görüntüləri təqdim edilməyib. Bu səbəbdən onlar hadisəni görən şahidlərə müraciət edərək, hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalarını xahiş ediblər.
Mövzular: