Reklam resmi
Reklam resmi

Bu hava limanında iki təyyarə TOQQUŞUB

Bu hava limanında iki təyyarə TOQQUŞUB
Dünya
2591

Filippinin paytaxtındakı Manila Beynəlxalq Hava Limanında iki sərnişin təyyarəsinin toqquşması nəticəsində onlardan biri zədələnib.

Ajans.az xəbər verir ki, bu barədə Filippin mətbuatı məlumat yayıb.

Məlumata görə, Philippine Airlines (PAL) aviaşirkətinə məxsus Airbus A320-214 təyyarəsi Saudia şirkətinə aid Boeing 787-9 Dreamliner təyyarəsi ilə toqquşub.

İlkin məlumata əsasən, Ciddəyə uçmağa hazırlaşan SV871 nömrəli reys hərəkət edərkən park vəziyyətində olan Airbus A320 təyyarəsinin quyruq hissəsinə dəyib və onun şaquli stabilizatoruna ziyan vurub.

Philippine Airlines bildirib ki, hadisə baş verən zaman təyyarədə nə sərnişin, nə də heyət üzvləri olub.

Hadisədən sonra hər iki təyyarə istismardan müvəqqəti çıxarılıb. Saudia aviaşirkətinin uçuşu ləğv edilib, təyyarə isə texniki baxış üçün yedəyə aparılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Filippin təyyarə hava limanı

Digər Xəbərlər