Turistləri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu və 1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. \ Teleqraf
Mövzular: