Reklam resmi
Reklam resmi

Tanınmış aktrisa VƏFAT ETDİ

Tanınmış aktrisa VƏFAT ETDİ
Dünya
385

Meksikalı aktrisa Elsa Agirre 95 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə Meksika İfaçılarının Milli Assosiasiyası (ANDI) məlumat verib.

Assosiasiyanın H.A.-dakı açıqlamasında deyilir: "Milli İfaçılar Assosiasiyası, onun idarə heyəti və nəzarət komitəsi həmkarımız Elsa Agirrenin qəfil vəfatını elan edir".

Təşkilat əlavə edib ki, Aguirre Meksika kinosunun qızıl dövrünün ən ikonik və görkəmli aktrisalarından biri olub. Karyerası ərzində o, 40-dan çox filmdə rol alıb.

Aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Mövzular:
Meksika İfaçılarının Milli Assosiasiyası Elsa Agirre aktirsa ölüm vəfat

Digər Xəbərlər