Reklam resmi
Reklam resmi

Moskvanın ən hündür binalarından birində lift DÜŞDÜ-YARALANANLAR VAR

Moskvanın ən hündür binalarından birində lift DÜŞDÜ-YARALANANLAR VAR
Dünya

Moskvanın "Federasiya" kompleksində yerləşən Qərb Qülləsində sərnişin liftinin yeddinci mərtəbədən düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı binada elektrik enerjisi kəsilib və bütün liftlərin fəaliyyəti dayanıb. Bu zaman liftlərdən biri yeddinci mərtəbədən aşağı düşüb.

Liftin içərisində bir neçə sərnişin olub. Hadisə nəticəsində bəzi şəxslər boyun və diz nahiyəsindən xəsarət aldıqlarını bildiriblər.

Qeyd edək ki, hadisənin baş verdiyi "Federasiya" kompleksinin Qərb Qülləsi 62 mərtəbədən ibarətdir və hündürlüyü 242 metrdir. Hadisənin səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moskva

Digər Xəbərlər