İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı - TRAMP
ABŞ Prezidenti Donald Tramp İsrailin Livandan və Suriyadan geri çəkilməsinin bölgədə vəziyyətin sabitləşməsinə kömək edə biləcəyini bildirib.
Ajans.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Düşünürəm ki, Livanın cənubundan və Suriyanın cənubunun bəzi hissələrindən çıxmaq yaxşı olardı. O zaman vəziyyətin bir qədər sakitləşdiyini görə bilərsiniz. Çünki enerjimizi daha böyük məsələyə – İrana yönəltməliyik", – ABŞ Prezidenti qeyd edib.
Mövzular: