İran sahillərində Türkiyənin gəmisi BATDI
İranın Bəndər Abbas limanı yaxınlığında Türkiyənin Lora Shipping şirkətinə məxsus yük gəmisi batıb.
Ajans.az xəbər verir ki,bu barədə Fars News agentliyi məlumat yayıb.
Məlumata görə, Sent-Kits və Nevis bayrağı altında üzən LUNI adlı yük gəmisinin gövdəsinə su dolmağa başlayıb. Daha sonra gəmi iki hissəyə bölünüb və qismən batıb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
İlkin məlumatlara görə, ehtimallardan biri gəminin başqa bir gəmi ilə toqquşmasıdır. Digər versiyaya əsasən isə qəza dənizdə üzən mina ilə təmas nəticəsində baş verə bilər.
Rəsmi qurumlar hadisənin səbəbi, eləcə də ekipaj üzvləri arasında xəsarət alan və ya həlak olanların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyiblər.