Reklam resmi
Reklam resmi

2100-cü ilə doğru Avropa dəyişəcək: Əhali milyonlarla azalacaq

2100-cü ilə doğru Avropa dəyişəcək: Əhali milyonlarla azalacaq
Dünya

Avropa Komissiyasının demoqrafik dəyişikliklərlə bağlı dərc etdiyi yeni hesabata görə, Avropa İttifaqının (Aİ) əhalisi 2100-cü ilə qədər təxminən 52 milyon nəfər azala bilər.

Ajans.az xəbər verir ki, sənəddə qeyd olunur ki, hazırda Aİ-də 450,6 milyon nəfər yaşayır. Proqnozlara əsasən, bu göstərici 2050-ci ilə qədər 445 milyona, 2100-cü ilə qədər isə 398,8 milyona enəcək. Beləliklə, Aİ əhalisi ümumilikdə 11,7 faiz azalaraq 1970-ci il səviyyəsinə düşəcək.

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin təhlilinə görə, Avropa əhalisi artıq ən yüksək həddinə çatıb və bundan sonra azalma tendensiyası davam edəcək.

Ekspertlər bildirirlər ki, 2050-ci ilə qədər Aİ-də hər üç nəfərdən biri 65 yaş və ya daha yuxarı yaşda olacaq. Hazırda isə bu göstərici hər beş nəfərdən birinə bərabərdir.

Bununla yanaşı, Aİ ölkələrində orta ömür uzunluğunun artacağı gözlənilir. Hesabata əsasən, 2100-cü ilə qədər qadınların orta ömür uzunluğu 90, kişilərin isə 86 yaşı keçə bilər.

Qeyd olunur ki, 2023-cü ildə Aİ-də doğulan bir uşağın ciddi sağlamlıq problemi olmadan orta hesabla 75,3 il yaşaya biləcəyi proqnozlaşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa Komissiya Əhali

Digər Xəbərlər