"Marvel" ulduzu şiddət qalmaqallarından sonra EVLƏNDİ

"Marvel" ulduzu şiddət qalmaqallarından sonra
Marvel
Şou Biznes 19-03-2025 - 12:12

Aktyor və Marvel ulduzu Conatan Meycors keçmiş sevgilisini döydüyü qalmaqaldan sonra evlənib.

Ajans.az xəbər verir ki, bu barədə TMZ tabloid məlumat yayıb.

Mənbəyə görə, Meycors Los-Ancelesdə kiçik, özəl toyda Meqan Qudla evlənib. Hadisə onun böyük ekrana qayıtmasına bir neçə gün qalmış baş verib. Meqan Conatanın ona dekabr ayında Parisdə olarkən evlilik təklif etdiyini açıqlayıb.

Yeri gəlmişkən, cütlük 2023-cü ildə, Conatanın keçmiş sevgilisi Qreys Cabbariyə qarşı məişət zorakılığına görə həbs olunduğu vaxt tanış olublar. Nyu-York münsiflər heyəti aktyoru hücum və təcavüzdə təqsirli bilib və onu 52 həftəlik şəxsi məsləhət proqramına məhkum edib. Meqan Conatanın yanında idi və münasibətləri olduqca sürətlə inkişaf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: