Məşhur "Youtuber" saxlanıldı! - Məhkəməsi bu tarixdə OLACAQ

Məşhur "Youtuber" saxlanıldı! -
Şou Biznes 15-10-2024 - 15:38

Yunq Filli təxəllüsü ilə tanınan 29 yaşlı “YouTube” bloggeri Andres Felipe Valensiya Barrientos dörd təcavüzdə ittiham olunub.

Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bloger dörd zorlama, hücum və bədən xəsarəti yetirməkdə günahkar hesab edilir. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, 20 yaşlı qızın boynunu sıxıb. Ehtimallara görə, hücum sentyabrın 28-də baş verib. Polis əllərində cinayətin sübutu kimi istifadə olunacaq video və foto materialların olduğunu bildirib. İş üzrə məhkəmə prosesi dekabrın 19-da olacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: