"Aşk-ı Memnu"nun aktyorları 16 il sonra - FOTO
Ötən gün türkiyəli müğənni Kənan Doğulunun konserti baş tutub.
Ajans.az xəbər verir ki, gecədə "Aşk-ı Memnu" serialında birgə rol alan aktyor Selçuk Yöntem, aktrisalar Beren Saat və Hazal Kaya da iştirak edib.
Onlar bir araya gələrək foto çəkdiriblər.
Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selcuk "Adnan Ziyagil", Beren "Bihter", Hazal isə "Nihal" obrazlarına həyat verib.