Məşhur aktyordan aliment ÜSYANI: Heç pul xərcləməsəm belə...

Məşhur aktyordan aliment ÜSYANI:
Şou Biznes 14-10-2024 - 12:02

Məşhur türk aktyor Ufuk Özkanın son açıqlaması marağa səbəb olub. 

Ajans.az xəbər verir kİ, aktyor məhkəmə tərəfindən ona təyin olunan alimenti qəti şəkildə ödəyə bilmədiyini bildirib. Özkanın ödəməli olduğu məbləğ 114 min türk lirəsidir (təxminən 5660 manat). O qeyd edib ki, məbləğ ilk 45 min, sonra da 74 min lirəyə qalxıb. Sənətçi deyir ki, hətta pul xərcləməsə belə o qədər məbləği ödəyə bilməz:

“Mən heç o qədər pul qazanmıram. Necə ödəyim? Əvvəlki qədər çox işləmirəm. Səhhətimdə problemlər yarandığı üçün artıq teatrda çalışıram. Onunla da bu qədər məbləği ödəyə bilmərəm. Alimentin azaldılması üçün məhkəməyə müraciət etmişəm”.

Qeyd edək ki, Ufuk Özkan 2005- ci ildə Nazan Güneş ilə evlənib. Onlar 2022-ci ildə boşanıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: