Kərimcanla bağlı ŞOK İDDİA: 120 min avronu belə mənimsəyib - VİDEO
İştirak etdiyi televiziya proqramında Kərimcan Durmaz tərəfindən evlənmək vədi ilə aldadıldığını iddia edən Çağla Çətin adlı qadın itirdiyi pulu geri almaq üçün məhkəməyə müraciət etməyi düşündüyünü bildirib.
Ajans.az xəbər verir ki, Almaniyada yaşayan Çağla Çətin adlı qadın televiziya proqramına qatılıb. O, Kərimcan Durmaz tərəfindən evlənmək vədi ilə aldadılaraq 180 min avro itirdiyini iddia edib.Canlı yayımda diqqətçəkən açıqlamalar verən Çətin Kərimcan Durmazla 7 illik münasibəti zamanı aldadıldığını deyib və ədalət istədiyini qeyd edib.
2016-cı ildə Kərimcan Durmazla təsadüfən tanış olduğunu bildirən Çağla Çətin Durmaz haqqında “yanımda kişi kimi görünürdü” ifadələrini səsləndirib.
Çağla Çətin yaşadıqlarını belə şərh edib:
“Bu vəziyyətdən bezmişdim. Ətrafımda kişi kimi görünürdü. 2016-cı ildə mən onunla instaqramda təsadüfən tanış oldum. Mən onun kim olduğunu bilmirdim. Profilində gördüm ki, Almaniyaya gəlir, səhnəsi var. Fanat deyildim, amma görəndə xoşuma gəldi. Səhnəyə çıxmaq istədiyimi yazmışdım. “Üzbəüz görüşmək şansımız varmı”, - deyə soruşdum. Dedi ki, gələ bilərsən. Səhnə arxasında qucaqlaşıb söhbət etdik. Hər həftə Almaniyaya gəlməyə başladı. Biz belə başladıq. O, mənə qarşı çox yaxşı idi. Sanki 10 ildir bir-birimizi tanıyırdıq. O, səmimi, yaxşı idi. Mən ona 180 min avro verdim. Qəbzləri var, nağd verdiyim pul da var”.