ABŞ məşhur reperləri edam etməyə çağırır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda ittiham olunan reperlər Cey Zi (əsl adı Şon Kori Karter) və P. Didi (əsl adı Şon Kombs) üçün ölüm hökmü çıxarılmasını istəyib.
Ajans.az xəbər verir ki, bu barədə amerikalı parlamentari X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“P. Didi və indi Cey-Z-nin uşaqları zorlamaqda ittiham edilməsinə gəldikdə, mən şəxsən hesab edirəm ki, pedofillər günahkar bilinərsə, ölüm cəzasına məhkum edilməlidir”, deyə Teylor Qrin bildirib.
Teylor-Qrin həmçinin “Amerikanın uşaq cinsi ticarəti sənayesini” ləğv etməyə çağırıb. Cey Zi daha əvvəl ifaçı və prodüser P. Diddi ilə birlikdə 13 yaşlı qızı zorlamaqda ittiham olunub.