Tanınmış azərbaycanlı müğənnidən xanımına 11 milyonluq HƏDİYYƏ

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni Elman Zeynalov həyat yoldaşı Marqarita Tsoya dəyəri 11 milyon rubldan (180.694 manat – red) çox olan saat hədiyyə edib.
Ajans.az xəbər verir ki, müvafiq fotolar ifaçının İnstaqram hesabında paylaşılıb.
Müğənninin sevgilisi İsveçrə brendinin 18 karatlıq ağ qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş dəbdəbəli zinət əşyasını nümayiş etdirdiyi fotosunu yayımlayıb.