Burak Özçivitə inanılmaz təklif! Düz 1 milyon dollar...
![Burak Özçivitə inanılmaz təklif! Düz 1 milyon dollar...](https://ajans.az/uploads/images/202502/image_940x_67ab519eabe36.webp)
Məşhur aktyor Burak Özçivitin şöhrəti ölkə hüdudlarını aşıb.
‘’Ajans.az’’ xəbər verir ki, gəzdiyi hər ölkədə pərəstişkarlarının böyük marağına səbəb olan yaraşıqlı aktyorun Səudiyyə Ərəbistanında yanında oturması üçün 1 milyon dollar alması dərginin gündəmini zəbt edib.
'Çalıkuşu', 'Küçük Sırlar', 'Kara Sevda', 'Kuruluş: Osman' kimi bir çox filmdə rol alan 40 yaşlı uğurlu aktyor Burak Özçivit Türkiyədə olduğu kimi dünyada da böyük marağa səbəb olmaqda davam edir.
Rol aldığı bütün prodakşnlar xaricdə yayımlanmağa başlayandan sonra məşhur ad böyük pərəstişkar kütləsi qazanıb.
Yaxın Şərq, Latın Amerikası, Meksika və Rusiya başda olmaqla getdiyi hər ölkədə pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanan Burak Özçivit bir müddət əvvəl Rusiyada bir layihədə iştirak edib.
1 MİLYON DOLLAR İDDİASI
Serialları Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanında böyük marağa səbəb olan yaraşıqlı aktyorla bağlı iddia jurnalın gündəmində geniş müzakirə olunub.
Beləki Səudiyyə Ərəbistanda mağaza açılışına qatılan Burak Özçivit böyük marağa səbəb olub.
TV8-də yayımlanan ‘’Come Talk’’-ın xəbərinə görə, Səudiyyə Ərəbistanına gedən aktyorun yanında oturması üçün 1 milyon dollar ödəyib. Yaraşıqlı aktyor hələ çox danışılan iddialarla bağlı açıqlama verməyib.