Bayramda bu qidalardan uzaq durun - XƏBƏRDARLIQ

Bayramda bu qidalardan uzaq durun -
Cəmiyyət 19-03-2025 - 14:51

Sabah Novruz bayramıdır. Maraqlıdır, bayram süfrəsinə hansı nemətlər düzülməlidir?

Qida eksperti Fərid Səfərov ''Ajans.az''-a söyləyib ki, süfrələrin bol nemətlərlə bəzədilməsi müsbət bir haldır və bu, hər kəsin arzusudur:


''Lakin bəzi qaydalara əməl etmək lazımdır. Məsələn, həddindən artıq yağlı, qızardılmış, duzlu qidalardan istifadə etməyin. Spirtli və qazlı içkiləri, şirələri süfrənizdən uzaq tutun. Tərkibində bütün növ qida maddələri (zülal, yağ, karbohidrat, vitamin və mineral) olan qidalardan istifadə edərək yeməklər hazırlayın. Bayramda hazırlanan milli şirniyyatlardan miqdarında yeyin və ya yeməməyə çalışın. Hazırlanan hər bir qidanı adam sayına uyğun hazırlayın ki, həm israf olmasın, həm də uzun müddət saxlamağa ehtiyac qalmasın. Hazırladığınız yeməkləri bir neçə gün saxlamaq istəyirsinizsə, soyuduqdan sonra bir neçə hissəyə bölüb soyuducuda saxlayın. Eyni yeməyi təkrar qızdırıb yeməkdən çəkinin. Özünüzün evdə hazırladığınız yeməkləri yeyin, fast food və hazır qidalardan uzaq durun''.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: