Türk lirəsi kəskin ucuzlaşdı - SƏBƏB

Türk lirəsi kəskin ucuzlaşdı -
ATM
İqtisadiyyat 19-03-2025 - 12:44

Türkiyə valyutası çərşənbə günü yüzdə 10-dan çox ucuzlaşaraq, bir dollar üçün 41,1 lirəyə çatıb.

Ajans.az xəbər verir ki, belə kəskin enişdən sonra məzənnənin dinamikası korreksiyaya uğrayıb və yazı hazırlanarkən bir dollar 39 lirə civarında idi. Belə ki, 2027-ci il prezident seçkilərində müxalifətin əsas ehtimal namizədi hesab edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı vəziyyət fonunda türk valyutası hazırda təxminən 6 faiz dəyər itirir.

Paytaxt meri seçilərkən 54 faiz səslə yenidən qalib gələn İmamoğlu korrupsiyada şübhəli bilinir. Polis onu məhkəməyə verib və siyasətçinin iqamətgahında axtarış aparıb.

CNN Türk-ün məlumatına görə, istintaq çərçivəsində meriyanın mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: