Zeytun yarpağının möcüzəvi faydası ÜZƏ ÇIXDI

Zeytun yarpağının möcüzəvi faydası
Sağlamlıq 21-03-2025 - 19:38
 84

Zeytun yarpağı ekstraktı qan təzyiqini aşağı salmaq, qandakı yağ balansını tənzimləmək və xroniki xəstəliklərdən qorunmağa kömək edə bilər. Cənubi Avstraliya Universitetinin alimləri apardıqları araşdırmada bu nəticəyə gəliblər.

Ajans.az xəbər verir ki, tədqiqatın nəticələri “Nutrition Review” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, ekstraktın tərkibindəki oleuropein və digər antioksidantlar oksidləşdirici stressi azaldaraq ürək-damar xəstəlikləri və xərçəng riskini aşağı sala bilər. 12 müxtəlif araşdırmanın icmalı göstərib ki, zeytun yarpağı ekstraktı xüsusilə hipertoniyadan əziyyət çəkənlər üçün faydalıdır.

Bununla belə, alimlər ekstraktın optimal dozası və uzunmüddətli təsiri ilə bağlı daha geniş araşdırmalara ehtiyac olduğunu bildiriblər.

PAYLAŞ: