İmamoğlu ilk ifadəsində BUNU DEDİ

İmamoğlu ilk ifadəsində
Dünya 21-03-2025 - 22:09

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu prokurorluqda ifadə verib.

Ajans.az bildirir ki, İmamoğlu ifadəsi zamanı ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

İstanbul Prokurorluğu iki ayrı istintaq çərçivəsində Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb. Hazırda iş üzrə 90 nəfər artıq həbs edilib.

İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət ittihamları ilə günahlandırılır. Onun sabah axşam məhkəmə qarşısına çıxacağı gözlənilir.

PAYLAŞ: