Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

Siyasət
21-03-2025 - 21:25
Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.
“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik. Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş hərbçilərin nəşi tapılmışdı.
Mövzular:
Oxşar xəbərlər
Prezident və xanımı Suqovuşan sakinlərinə evlərinin açarlarını təqdim etdilər
Siyasət12:22 / 18-03-25
Ukrayna müharibəsinin dayandırılmasından söhbət gedə bilməz - XARİCİ KƏŞFİYYAT
Siyasət10:10 / 26-11-24
Prezident və birinci xanım Ağdərədə avtomobil yolunun açılışında - FOTOLAR+VİDEO/ YENİLƏNDİ
Siyasət17:25 / 18-03-25