Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib

Məsud Pezeşkian Prezident İlham Əliyevi
Siyasət 21-03-2025 - 22:56

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.

Ajans.az xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Zati-aliləri.

Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.

Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram.

Məsud Pezeşkian

İran İslam Respublikasının Prezidenti

PAYLAŞ: