Səyahət edənlərin NƏZƏRİNƏ: Təyyarədə əsla...
Qastroenteroloq Yelena İvanina təyyarə ilə səyahət edərkən yeməkdən və müəyyən içkilərdən çəkinməyi məsləhət görüb.
Ajans.az xəbər verir ki, o, bu barədə “Daily Mail” ilə müsahibəsində danışıb.
İvaninanın sözlərinə görə, hava təzyiqinin dəyişməsi və təyyarənin hərəkət etməsi həzm olunan qidanın mədə-bağırsaq traktından normal hərəkət edə bilməməsinə gətirib çıxarır. Bu, mədə ağrısı, şişkinlik və bağırsaq hərəkətlərində problemlər yarada bilər. Təyyarədə həzm problemləri yuxusuzluq, pəhrizdə dəyişiklik və ya uzun müddət hərəkətsiz qalmaqdan da yarana bilər.
Bununla əlaqədar olaraq qastroenteroloq mümkünsə, bütün uçuş zamanı heç bir şey yeməməyə çağırıb. Qastrit, ülseratif kolit və Kron xəstəliyi olan insanlar üçün yeməkdən imtina etmək xüsusilə vacibdir. Uçuş zamanı İvanina yalnız qazsız su və çay içməyi və ya hava limanına getməzdən əvvəl, ya da təyinat yerinə çatdıqdan sonra yemək yeməyi tövsiyə edib.