Ərdoğan Qarabağın azad edilməsindən DANIŞDI

Ərdoğan Qarabağın azad edilməsindən
Siyasət 21-03-2025 - 18:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın uzun illər işğal altında qalmasından sonra azad edilməsinin bölgədə yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Ajans.az bildirir ki, Ərdoğan bu fikirləri Ankarada Novruz bayramına həsr olunmuş tədbirdə səsləndirib.

Dövlət başçısı həmçinin 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Azərbaycanın köməyə ilk çatan ölkələrdən biri olduğunu xüsusi vurğulayıb.

Türkiyə lideri türk dünyasının birliyinin əsas dəyər olduğunu qeyd edərək bildirib ki, son illərdə bu birlik daha da güclənib və əməkdaşlığın inkişafına töhfə verib.

PAYLAŞ: