Bu mətbəx ləvazimatlarından uzaq durun - XƏRÇƏNG YARADIR
Təkrar emal edilmiş plastikdən hazırlanan qara mətbəx qaşıqları sağlamlığa zərərlidir, o cümlədən tərkibində toksinlər olduğu üçün xərçəng riskini artırır.
Ajans.az xəbər verir ki, bu barədə danışan “South China Morning Post” (SCMP) ən təhlükəli mətbəx əşyalarının adını çəkib.
Məqalədə qeyd olunur ki, təkrar emal olunmuş qara plastikdən hazırlanan gündəlik əşyalar, o cümlədən mətbəx qabları, qida qabları və saç aksesuarları da daxil olmaqla hamsının tərkibində təhlükəli miqdarda zəhərli kimyəvi maddələr var. Qızdırıldıqda, məsələn, yumurtanı spatula ilə çevirərkən yeməklərə nüfuz edə bilirlər.
Materialda istinad edilən araşdırmanın həmmüəllifi Meqan Liu bu cür mətbəx qablarından qurtulmağa və gələcəkdə onları almaqdan çəkinməyə çağırıb. O xəbərdarlıq edib ki, qara plastik məhsullardan istifadə edərək gündəlik yemək bişirmək zamanla bədənin zəhərli kimyəvi maddələrə məruz qalmasına səbəb ola bilər. Zəhərli maddələrin yığılması müxtəlif sağlamlıq problemlərinə, o cümlədən xərçəng riskinin artmasına, hormonal balanssızlıqlara, hətta beyin və sinir sisteminə zərər verə bilər.