7 dəfə infarkt keçirtdi, SAĞ QALDI - ŞOK
Sverdlovsk vilayətinin Suxoy Log şəhərinin sakini yeddi ürək tutmasından sonra sağ qalıb.
Ajans.az xəbər verir ki, bu barədə regional informasiya siyasəti departamentindən məlumat verilib.
56 yaşlı rusiyalı kişi miokard infarktının nadir fəsadı - ürəyin elektrik fırtınası ilə üzləşib. Nəbzi dəqiqədə cəmi 30 döyüntü ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.
“Ürək damarlarına stent qoyulması üçün təcili əməliyyat aparılıb, kardiostimulyator quraşdırılıb. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə köçürülüb və orada yeni fəsad yaranıb – nəbzi kəskin artıb”, - şöbədən izah ediblər.
Bundan əlavə, xəstəyə nəbzini tənzimləmək üçün antiaritmik dərmanlar təyin edilib və alınan müalicə nəticəsində vəziyyəti xeyli yaxşılaşıb.