Bu 3 qidadan istifadə etməyin! - SƏBƏB
Əczaçı Ariana Medizada 3 qida əlavəsinə pul xərcləməməyi məsləhət görüb, çünki onlar sağlamlıq üçün tamamilə yararsızdır.
Ajans.az xəbər verir ki, bu barədə “HuffPost” yazır.
Medizadənin ilk tövsiyəsi D vitaminini saf formada qəbul etməməkdir. O, vurğulayıb ki, bu pəhriz əlavəsi bədənə yalnız K2 vitamini ilə birlikdə daxil edilməlidir. Əks halda, kalsiumun sovrulması prosesi pozularaq damarlarda sümük çökməsinə səbəb olur ki, bu da onların kalsifikasiyasına və ürək-damar sistemində uzunmüddətli digər problemlərə səbəb ola bilər.
Mütəxəssis sink və maqneziumun eyni vaxtda qəbulunu faydasız adlandırıb, çünki onlar bir-birinin xeyirli xüsusiyyətlərini zərərsizləşdirir. Onun sözlərinə görə, iki saatlıq fasilə ilə vitaminləri bir-birinin ardınca qəbul etmək daha yaxşıdır və sink yemək zamanı orqanizm tərəfindən istehlak edilməlidir.