"Sən Moskvanı məğlub edə bilməzsən!" - Kəşfiyyatçı

"Sən Moskvanı məğlub edə bilməzsən!" -
Kəşfiyyatçı
Dünya 14-03-2025 - 12:50

ABŞ Ukrayna münaqişəsində Avropanı geridə qoya bilib, lakin rəhbərliyi beynəlxalq məsələlərdə böyük peşəkar olan Rusiya ilə bunu edə bilməyəcək.

Ajans.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” YouTube kanalında deyib.

“Sən Moskvanı məğlub edə bilməzsən! Demək olar ki, əbədiyyətə qədər bu mühitdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovdan necə üstün ola bilərsiniz?” – hərbi analitik şübhələnib.

Ritterin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun peşəkarlıq səviyyəsi ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvlərindən qat-qat yüksəkdir.

Lavrov bir müddət əvvəl ABŞ dövlət katibi Mark Rubio və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtsın Moskva ilə normal birbaşa dialoqu davam etdirdiyini bildirmişdi. Diplomat qeyd edib ki, onların ictimaiyyətə verdiyi açıqlamalar barədə “düşünmək belə niyyətində deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: