Putin Qazaxıstana gedəcək
Rusiya Prezidenti Vladimir Putinin noyabrın 27-də Qazaxıstana səfəri planlaşdırılır.
Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın xarici işlər naziri – Baş nazirin müavini Murat Nurtleu Astanada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Onun sözlərinə görə, Putinin Qazaxıstana səfəri iki ölkə arasında çoxtərəfli tərəfdaşlığın təşviqi üçün böyük əhəmiyyət kəsb edir.