Bakıda saxlanılan saxta hakim bu ölkəyə ekstradisiya olunacaq
Bakı hava limanında saxlanılan Krasnodar vilayət məhkəməsinin keçmiş sədri Yelena Xaxaleva məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə “RİA Novosti” Azərbaycan hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, 2017-ci ildə Xaxaleva qızına 2 milyon dollara başa gələn toy etməsilə gündəmə gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, həmin toya rus estradasının Nikolay Baskov, Vera Brejneva, Valeri Meladze, Soso Pavliaşvili kimi ulduzları dəvət olunublar.
2021-ci ildə Rusiya Ali Hakimlər Kollegiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə Xaxaleva barəsində “xüsusilə böyük miqyasda dələduzluq” və “rəsmi saxtakarlıq” maddələri ilə cinayət işi açmasına icazə verib. Lakin Xaxaleva istintaqdan qaçıb və 2022-ci ildə Rostov məhkəməsinin qərarı ilə haqqında qiyabi həbs qərarı çıxarılıb.