Reklam resmi
Reklam resmi

Bu ölkədə onlayn dələduzluq təşkilatçılarını ölüm cəzası gözləyir

Bu ölkədə onlayn dələduzluq təşkilatçılarını ölüm cəzası gözləyir
Dünya

Myanma Parlamenti onlayn dələduzluq mərkəzlərində insanları məcburi əməyə cəlb edən cinayətkarlar üçün ölüm cəzasına qədər sərt cəzalar nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 

Ajans.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Parlamentin Yuxarı Palatasının sədri Aung Lin Dwe bildirib ki, qanun layihəsinə edilən dəyişikliklər Aşağı Palata ilə məsləhətləşmələrdən sonra təsdiqlənib.

May ayında təqdim olunan qanun layihəsinə əsasən, zorakılıq, işgəncə, qanunsuz azadlıqdan məhrumetmə və ya digər qəddar rəftar yolu ilə şəxsləri onlayn dələduzluq fəaliyyətinə cəlb edənlər 10 ildən ömürlük həbsə qədər cəzalandırıla bilər. Ağır hallarda isə ölüm cəzası tətbiq oluna bilər.

Yeni qanuna əsasən, əgər dələduzluğun qurbanı zorakılıq nəticəsində həyatını itirərsə, məhkəmə təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxara biləcək.

The Global New Light of Myanmar qəzetinin məlumatına görə, iyulun 28-də Taylandla sərhəddə yerləşən Şve Kokko və Myavaddi şəhərlərində onlayn dələduzluq şəbəkələrinin tamamilə ləğv edildiyi açıqlanıb.

Son aylarda həmin bölgələrdə cinayətkar qruplara məxsus 17 mərtəbəli bina da daxil olmaqla, ümumilikdə 77 qanunsuz tikili sökülüb.

Myanma hökuməti bildirib ki, qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində onlayn dələduzluq və qanunsuz qumar şəbəkələrinə qarşı mübarizə davam etdiriləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Myanma dələduzluq

Digər Xəbərlər