Reklam resmi
Reklam resmi

Dron hücumu Rusiyanın strateji neft zavodunu İFLİC ETDİ

Dron hücumu Rusiyanın strateji neft zavodunu İFLİC ETDİ
Dünya

Rusiyanın Tümen Neft Emalı Zavodu iyulun 25-də Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft emalını dayandırıb. 

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi sənaye mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hücum nəticəsində zavodun illik 2,6 milyon ton gücə malik dizel yanacağının hidrotəmizləmə qurğusunda, həmçinin yüksək oktanlı benzin istehsal olunan bölmədə yanğın baş verib.

Reuters-in həmsöhbətləri zavodun fəaliyyətinin tam şəkildə nə vaxt bərpa olunacağı barədə məlumatlarının olmadığını bildiriblər.

Hadisə ilə bağlı Rusiya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər