Reklam resmi
Reklam resmi

“Sabah” fransalı futbolçunu satdı 

“Sabah” fransalı futbolçunu satdı 
İdman

“Sabah” komandasının futbolçusu Aaron Maluda karyerasını İsveçrə Superliqasında davam etdirəcək.

Ajans.az  “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçini “Bazel” klubuna satıb.

İddiaya görə, İsveçrənin tanınmış klubu bu keçid üçün “Sabah”a 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, “Sabah” Aaron Maludanı 2025-ci ilin yayında Fransanın “Lill” klubundan 1 il müddətinə icarəyə götürmüş, bu yay isə futbolçunu birdəfəlik transfer etmişdi.

Mövzular:
“Sabah” komandası Aaron Maluda

Digər Xəbərlər