Reklam resmi
Reklam resmi

Ukraynada hərbiçinin avtomobili PARTLADILDI

Ukraynada hərbiçinin avtomobili PARTLADILDI
Dünya

Ukraynanın Odessa şəhərində Silahlı Qüvvələrin hərbçisinə məxsus avtomobil partladılıb.

Ajans.az xəbər verir ki, bu barədə Strana.ua nəşri Telegram kanalında məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Bildirilir ki, hərbçiyə məxsus BMW X5 markalı avtomobil sürücü hərəkətə başladıqdan dərhal sonra partlayıb.

İlkin məlumata əsasən, partlayıcı qurğu avtomobilin ön sol təkərinin altına yerləşdirilib. Partlayış nəticəsində sürücü yüngül xəsarətlər alıb.

Nəşrin yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisə ilə bağlı araşdırmaya başlayıb və faktı terror aktı kimi qiymətləndirib.

Hadisənin başvermə şəraiti və partlayışı törədən şəxslərin kimliyi araşdırılır. Hələlik rəsmi qurumlar əlavə təfərrüatlar açıqlamayıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Odessa

Digər Xəbərlər